Dermatoloq Anita Starnam bədəndəki tüklərdən qurtulmaq üçün necə təraş edilməsini açıqlayıb.
Lent.az “Glamour”a istinadən xəbər verir ki, dermatoloqun fikrincə, ilk növbədə dəriyə xüsusi məhlul çəkdikdən sonra tüklər təraş edilməlidir. O bildirib ki, təraş köpüyü əvəzinə sabundan istifadə etmək lazımdır. Onun sözlərinə görə, köpükdə dərinin qıcıqlanmasına və qurumasına səbəb ola biləcək kimyəvi birləşmələr var.
Prosuder zamanı hər hərəkətdən sonra ülgücü yoxlamaq gərəkdir.
Dermatoloq tıxanmış follikulları açaraq dərinin üst qatını yumşaq bir şəkildə təmizləməyə kömək edəcək müalicələr arasında pilinqi xüsusi vurğulayıb. Bununla belə, problem hələ də qalırsa, o zaman həmin tüklər steril iynə və ya cımbızla ehtiyatla çıxarıla bilər.