Bu başlıq sizə təəccüblü gələ bilər, amma realdır.
Lent.az xəbər verir ki, Roma zooparkında heyvanları istidən qorumaq üçün bu yola əl atılıb.
40 dərəcəyə çatan istidə heyvanların sərinləməsi üçün müxtəlif yollardan istifadə edilir. Bunlardan biri də fərqli tərkibi olan dondurmalardır. Meymunlara meyvəli, suitilərə isə balıqlı dondurma verilir. Pələnglərin seçimi isə başqadır: ətli və qanlı dondurmalar.