Aydan gətirilən toxumlar  necə yetişdirildi? - Yerdəkilərdən heç bir fərqi olmadı
29 may 2026 20:15 (UTC +04:00)

Aydan gətirilən toxumlar necə yetişdirildi? - Yerdəkilərdən heç bir fərqi olmadı

0

1971-ci ildə Stüart Rusa “Apollon-14” missiyasının komanda modulunun pilotu kimi qeyri-adi təcrübə həyata keçirib. O, özü ilə Aya yüzlərlə ağac toxumu aparıb. Missiyadan sonra həmin toxumlar Yerə qaytarılıb və əkilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu toxumlar əslində Ay səthinə toxunmayıb. Onlar Rusa ilə birlikdə “Kitty Hawk” adlı komanda modulunda olub. Lakin toxumlar Ay ətrafında dövrə vuraraq yenidən Yerə qayıdıb və sonradan zahirən adi görünən, amma qeyri-adi kosmik tarixçəyə malik ağaclara çevrilib.

Buna görə həmin ağaclara “Ay ağacları” adı verilib. Onların bir hissəsi bu gün də məhkəmə binalarının, məktəblərin, ştat qanunverici orqanlarının, NASA mərkəzlərinin, parkların, universitetlərin və memorial məkanların yaxınlığında qalmaqdadır. Onların kölgəsində gəzən insanların çoxu isə sadəcə şam, çinar, likvidambar, sekvoya və ya Duqlas küknarı gördüyünü düşünür.

Stüart Rusa

Toxumlar çeşidlənərək kiçik paketlərə yerləşdirilmiş, möhürlənmiş və Stüart Rusanın şəxsi dəstindəki metal konteynerə qoyulmuşdu. Müqayisə aparmaq üçün eyni toxumların bir hissəsi Yer kürəsində saxlanılmışdı.

“Apollon-14” missiyası Yerə qayıtdıqdan sonra uçuşdan sonrakı dezaktivasiya prosesi zamanı toxum paketləri partlayıb. Toxumlar kameranın içərisinə səpələnərək vakuumun təsirinə məruz qalıb. Bir anlıq eksperimentin uğursuz olduğu düşünülsə də, sonradan toxumlar toplanıb və cücərdilməyə çalışılıb.

Hyuston şəhərində yetişdirilən ilk tinglərin bir hissəsi uyğun şərait olmadığından məhv olub. Sağ qalan toxumlar isə daha yaxşı təchiz edilmiş meşə təsərrüfatı stansiyalarına göndərilib.

Cənub iqliminə uyğun növlər (çinar, ladan şamı və likvidambar) Qalfport şəhərinə, sekvoya və Duqlas küknarı isə Pleservil şəhərinə göndərilib. Burada çoxsaylı toxumlardan, daha sonra isə şlamlardan sağlam tinglər yetişdirilib.

Nəticə isə gözlənildiyindən daha adi olub. Yer üzündə saxlanılan nəzarət toxumları ilə müqayisədə nə görünüşdə, nə də inkişaf tempində ciddi fərq aşkar edilməyib. “Ay ağacları” Yer mənşəli analoqları ilə eyni görünürdü. Eksperimentin əsas məqsədi də məhz bu idi: kosmos onların görünüşünü dəyişməyib, onları qəribə, cır və ya fərqli formalı etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 180

Oxşar yazılar