Alveşin zorladığı qızın vəkilləri: “Cinsi əlaqə  ayrı otaqda   baş verə bilərdi”
04 may 2023 15:20 (UTC +04:00)

Alveşin zorladığı qızın vəkilləri: “Cinsi əlaqə ayrı otaqda baş verə bilərdi”

“Barselona”nın keçmiş futbolçusu Dani Alveşin zorladığı iddia edilən qızın müdafiə tərəfi oyunçunun vaxtından əvvəl sərbəst buraxılmasına qarşı çıxıb.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, "Barselona"nın və Braziliya millisinin keçmiş müdafiəçisi Barselonadakı gecə klubunda qıza təcavüz etməkdə ittiham olunaraq yanvar ayından həbsdədir. Onu 12 ilə qədər həbs gözləyir.

Aprel ayında Alveşin müdafiəsi yenidən Daninin müvəqqəti azadlığa buraxılmasını istəyib. Braziliyalı ifadəsi zamanı qurbanla cinsi əlaqənin razılıq əsasında olduğunu deyib və qeyd edib ki, proses zamanı qızdan baş verənləri bəyənib-bəyənmədiyini soruşub.

Zərərçəkmişin müdafiəçilərinə görə, bu sözlər həm qızın müayinəsi zamanı, həm də zorlama faktının baş verdiyi klubun tualetində tapılan bioloji sübutlarla ziddiyyət təşkil edir. Alveşin ifadəsinin ziddiyyətlərlə dolu olduğu deyilir.

Bu səbəblərdən zərərçəkənin vəkilləri Daninin müvəqqəti azadlığa buraxılmasına qarşı çıxıblar. Onların mövqeyi ondan ibarətdir ki, razılaşdırılmış cinsi əlaqə üçün Alves və qız tualetə deyil, masadan bir neçə metr aralıqda yerləşən ayrı otağa gedə bilərdilər.

Vəkillər də futbolçunun qaçma riskinin qaldığını israr edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1812
avatar

Oxşar yazılar