Ağlamaq arıqlamağa  kömək edir, yoxsa sadəcə miftir?
26 noyabr 2025 14:49 (UTC +04:00)

Ağlamaq arıqlamağa kömək edir, yoxsa sadəcə miftir?

0

Biz adətən ağlamağı emosional boşalma kimi qəbul edirik - həyatdakı çətinliklərə, yorğunluğa, stressə və ya hətta çox təsirli bir filmə reaksiya kimi. Lakin son illərdə internetdə belə iddialar yayılıb ki, guya ağlamaq arıqlamağa kömək edə bilər. TikTok trendlərinə bənzəsə də, gəlin, bunun nə dərəcədə həqiqət olduğunu araşdıraq.

Lent.az bu mövzu ilə bağlı maraqlı faktları təqdim edir:

Bəli, ağlamaq enerji sərf edir amma çox az. Ağlamaq təxminən dəqiqədə 1,3 kkal yandırır. Bu gülmə zamanı yandırılan kalori qədərdir.

Başqa sözlə:

20 dəqiqə ağlamaq - cəmi 26 kalori

Bu isə bir alma parçasına belə bərabər deyil.

Elə buna görə də, saatlarla ağlamağı “yağyandırma mərhələsi” adlandırmaq olmaz. Kədər və depressiya dövründə arıqlama baş verərsə, bunun əsas səbəbi iştahanın azalmasıdır, “göz yaşları ilə kalori yandırmaq” yox.

Ağlamanın real təsirləri

1. Stress səviyyəsinin azalması

Ağlamaq bədəndə emosional gərginliyi azaldan biokimyəvi reaksiyanı işə salır. Emosional göz yaşları itki, gücsüzlük və ya daxili gərginlik hissinə cavab olaraq yaranır.

Ağlamadan sonra çox insanda:

yüngüllük

rahatlıq

düşüncələrin aydınlaşması

kimi hallar müşahidə edilir. Bu bədənin emosional stressə normal reaksiyasıdır.

2. “Detoks” effekti

Emosional göz yaşlarında kortizol əsas stress hormonu olur. Uzun müddət ağladıqda bu hormonun bir hissəsi orqanizmdən xaric olur.

Kortizolun tənzimlənməsi yalnız əhval üçün deyil, həm də sağlamlıq üçün vacibdir.

Xroniki yüksək kortizol:

bel nahiyəsində piy yığılmasına

yuxu pozuntularına

emosional tükənməyə

səbəb ola bilər.

Beləliklə, ağlamaq yağ yandırmır, amma stress hormonlarını azaldaraq metabolizmə dolayı yolla müsbət təsir göstərə bilər.

3. Kədər və ağrı dövrlərində dəstək

Uzun ağlamaqdan sonra bədən:

endorfinlər

oksitosin

ifraz edir.

Bu hormonlar daxili rahatlıq, yüngüllük və təhlükəsizlik hissi yaradır. Buna görə də, ağladıqdan sonra vəziyyət dəyişməsə belə, özümüzü nisbətən daha yaxşı hiss edirik. Eyni hormonlar fiziki ağrını da azaldır.

Nə vaxt ağlamaq təhlükə siqnalıdır?

Ağlamaq tamamilə normaldır. Bəzi insanlar bunu daha tez-tez edir və bu, problem deyil.

Lakin diqqətli olmaq lazımdır, əgər:

göz yaşları hər gün görünürsə və səbəb aydın deyilsə

ağlamaq idarəolunmaz hala keçibsə

ən kiçik şeylərə belə ağlayırsınızsa

yuxu, iştaha və həyata maraq dəyişibsə

narahat düşüncələr və ya depressiya əlamətləri yaranıbsa

Bu hallarda psixoloqa və ya psixoterapevtə müraciət etmək tövsiyə olunur. Bu zəiflik deyil özünə qulluqdur.

Ağlamaq minimum kalori yandırır və heç vaxt qısa bir gəzintini belə əvəz edə bilməz.

Amma göz yaşları bioloji və emosional gigiyenamızın bir hissəsidir. Onlar:

stressi azaldır

kortizolun bir hissəsini çıxarır

daxili balansı bərpa edir

emosional ağrının öhdəsindən gəlməyə kömək edir

Bu səbəbdən, növbəti dəfə göz yaşları gəlirsə, onları saxlamayın. Bu zəiflik deyil, bədənin özünə kömək etmə üsuludur.
 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 68

Oxşar yazılar