
ABŞ-ın ən böyük əyləncə parkında koronavirus peyvəndi izdihamı
ABŞ-ın ən böyük və məşhur əyləncə parklarından biri olan Kaliforniya əyalətindəki “Disneyland” da izdiham yaşanıb.
Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, koronavirus peyvəndi kimi olaraq istifadəyə verilən parkda peyvənd olmaq istəyənlər düzülərək növbə gözləyiblər.
Buranın həftə sonuna qədər gündəlik 12 min doz peyvənd verilə biləcək bir sahəyə çevrilməsi planlaşdırılır. Səlahiyyətlilər mövcud strategiya ilə peyvəndləmənin kifayət qədər sürətli edilə bilməyəcəyini nəzərə alaraq yeni sahələr yaradacaqlarını bildiriblər.
Peyvənd olmaq istəyən minlərlə insan peyvənd mərkəzlərinin girişində kilometrlərlə növbə çəkib. Bəzilərinin elə maşınlarının içində peyvənd edildiyi diqqət çəkib.
Qeyd edək ki, ölkədə 2.7 milyondan çox koronavirusdan əziyyət çəkən xəstə sayı ilə birinci yerdə olan Kaliforniyada bu günə qədər 30 mindən çox insan həyatını itirib. ABŞ Xəstəliklərə Nəzarət və Monitorinq Mərkəzləri bu günə qədər ölkədə 9,3 milyon insanın COVID-19 peyvəndi edildiyini açıqlayıb.

Lamiyə Məmmədova
Oxşar yazılar

1 mlrd. dollar uddu - Lotereya tarixində ikinci ƏN BÖYÜK MÜKAFAT
23 yanvar 2021 , 13:58
Yeni din, Qafqazda güclü sel, hədsiz istilər, siyasi oyunlar... – NOSTRADAMUSDAN YENİ MÜƏMMALAR
23 yanvar 2021 , 10:24
Koronavirusun ilk 3D fotoşəkili yayımlandı
22 yanvar 2021 , 19:54
Dünya yer quruluşu elmində inqilab - Azərbaycanlı alimlərin yeni nəzəriyyəsi
22 yanvar 2021 , 19:45
Ayasofiyada çılpaq poz verən məşhur model həbs olunur? - FOTO
22 yanvar 2021 , 11:07
Toy fotoları necə çəkilir? - Fotolent
21 yanvar 2021 , 19:38
Fironlar niyə bacıları, yaxud qızları ilə evlənirdi? – SİRR AÇILDI
21 yanvar 2021 , 13:13
6 ayaqlı doğulan quzunun HEKAYƏSi
19 yanvar 2021 , 19:34