73 yaşlı qadın qəza keçirən ərini xəstəxanada tapa bilmədiyi üçün yazıb-oxumağı öyrənib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Mersində yaşayan 73 yaşlı 6 uşaq anası Bedriye Arslan savadsız olduğu üçün qəza keçirən və xəstəxanaya yerləşdirilən həyat yoldaşının otağını tapa bilmədiyi üçün həmin gün kursa getməyə qərar verib.
Arslan, "İllər keçdikdən sonra oxuyub yazmağı öyrənmək çox gözəl hissdir. Oxuyub-yazmağı bilməyən insanlar kor olur" deyib.
73 yaşında arzularına çatmağın sevincini yaşayan Arslan indi hər yerə tək getdiyini bildirib.
“Uşaqları xəstəxanaya belə apara bilmirdim. Amma indi hər yerə tək gedə bilirəm”.