Milli Azərbaycan Tarixi Muzeyində yeni təşkil olunan ekspozisiyada orta tunc dövrünə aid eksponatlar da nümayiş etdiriləcək.
Bu barədə Lent.az-a muzeyin şöbə müdiri Nasir Quluzadə məlumat verib.
Tarixçi alim bildirib ki, həmin eksponatlar arasında Şəmkirdən tapılmış arxeoloji materiallar da yer alır.
Yeni ekspozisiyada diqqəti cəlb edəcək eksponatlardan biri də eramızdan əvvəl II minilliyin birinci yarısına aid mis qazandır. Həmin eksponat 1980-ci illərdə aparılmış arxeoloji qazıntılar zamanı tapılıb.