2022-ci ildə bir çox tanınmışlar öz həyatlarına rəsmi nikaha girməklə rəng qatdılar. Məşhurların bəziləri təmtəraqlı, bəziləri sadə bir mərasimlə bu unudulmaz günü qeyd etdi.
Lent.az 2022-ci ilin ən çox səs gətirən toy mərasimləri barədə məlumat verir.
Ötən ilin yanvar ayında Bruney sultanını qızı şahzadə Fadzillaya düz 10 gün 10 gecə toy etdi.
Ötən ilin noyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyev ailə qurdu. Bu barədə birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkədə məlumat vermişdi.
Noyabr ayında ABŞ prezidenti Baydenin nəvəsi Naomi Bayden hüquqşünas Piter Nil ilə evləndi.
Noyabr ayında ABŞ-ın keçmiş prezidenti Donald Trampın qızı Tiffani təmtəraqlı bir toyla iş adamı, milyarder Maykl Buloya ərə getdi.
Avqust ayında məşhur müğənni Britni Spirs yenidən ərə getdiyini bəyan etdi.
Ötən ilin avqustunda Cennifer Lopes və Ben Aflek təmtəraqlı bir toyla münasibətlərini rəsmiləşdirdilər.
İyul ayında “Hörümçək adam”ın sevgilisi, aktrisa Kirstent Danst Cessi Plemonsla ailə qurdu.
Yanvarın 22-də azərbaycanlı şahmatçı qrossmeysterTeymur Rəcəbov Annaq Maksakova ilə sadə bir toy mərasimi keçirdi.
May aynda tanınmış telejurnalist Aleksandr Qordon gənc bir tələbə xanımla evləndi. Bu onun beşinci evliliyi oldu.
İyulun 2-də Hollivud ulduzu Lindsi Loxan rəsmi şəkildə milyonçu Bader Şammasın xanımı oldu.