Yazıçı Onur Akay 1996-cı ildə vəfat edən 'Sənət Günəşi' Zeki Müren haqqında bir çox gizlinləri üzə çıxarıb. O, Zeki Mürenin yaxın dostu Göksenin Çakmakla müsahibəsində Zeki Mürenin Bülent Ersoyu niyə sevmədiyini və Ajda Pekkanı niyə sillələdiyini soruşub.
Lent.az həmin müsahibədən bəzi hissələri təqdim edir.
- Zeki Müren Ajda Pekkanı niyə döyüb?
- Zeki Ajda Pekkanı bir otel otağında öz sevgilisi ilə tutuğu üçün saçlarından tutub sürümüşdü. Hadisə "İzmir Efes" otelində olub. Zeki Mürenin sevgilisi meteorologiya mühəndisi olan Mustafa adlı gənc kişi idi. Onun təhsil xərclərini və bütün maliyyə problemlərini Zeki bəy həll edirdi.
Zeki Müren sevgilisi Mustafa otelə konsert vermək üçün gəlir və restoranda yeməyə otururlar. Ajda ilə Mustafa xeyli səmimi söhbət edirlər. Zeki bəy şübhələnir. Zeki Müren yalandan “mən başqa yerə dəvət aldım. Getməliyəm, 1 həftə gəlməyəcəm” deyib çıxır. O, ofisiantlara pul verir və Mustafanı addım-addım izlədir. Az sonra Mustafanın Ajda Pekkanın otağına girdiyini öyrənir. Dərhal maşına minib otelə gedir, Ajdanın qaldığı otağın qapısını döyür, “mən Zekiyəm, aç qapını!”.
Bir neçə dəqiqədən sonra hamam xalatı geyinmiş pop ulduz qapını açır. Zeki bəy içəri girir, Mustafanı axtarır. Eyvana çıxır, Mustafa eyvanda üstünü pərdə ilə örtərək, gizlənməyə çalışır.
O, Mustafanı qaldırıb, döyür, sonra otağa girib Ajda Pekkanı saçlarından sürüyür, şillə-təpik demədən əzişdirir. Ajda Pekkanın ağzından qan açıldığını görəndə əl çəkir.
Bu hadisədən az sonra Zeki maniken Müren Yaşar Alptekinlə nianlanır.
“Yaşar Alptekin o dövrdə çox görkəmli və sevilən bir insan idi. Bir müddət nişanlı qaldıqdan sonra Zeki nişanı pozdu. Buna səbəb idman salonundan gəlmiş Yaşarın ayaqlarının iylənməsi idi. Bir həftə keçmədi ki, Zeki Müren o dövrlər üçün adı çox önəmli olan dövlət işçilərindən biri ilə də sevgili olduğunu dedi mənə. O kişi indi də sağdır, lakin adını çəksəm, Türkiyə lərzəyə gələr, odur ki, bu barədə danışmayacam”, - dostu bildirib.
O Zeki Mürenin Bülent Ersoyu heç sevmədiyini deyib:
“Zeki Müren heç vaxt Bülent Ərsoydan xoşlanmayıb. Buna səbəb jurnalistlərin Bülent Ersoyu Zeki Mürenlə müqayisə etməsi olub. Heç vaxt onun adını çəkmədi. O, heç vaxt Bülent sözünü işlətməyib, onun haqqında daışanda əməliyyat olunduğu üçün “qızıl qayçı” ləqəbini işlədirdi”, - deyən dostu Zeki haqqında şokedici bir faktı da xatırladıb. O, qadınların Zekiyə cinsi təcavüz etdiyini bildirib.
“Zeki Müren passiv homoseksual idi. Heç vaxt qadınlarla olmamışdı. O zamanların tanınmış milyonçu xanımlarından olan Nigar Uluererin Şiledəki bağ evində Zeki bəy çox sərxoş olub. Nigar Uluererin qulluqçusu Zeki Müreni yataq otağına sürüyərək zorlayıb. Zeki bu barədə polisə məlumat verərək, “Bir qadın məni ilk dəfə zorlayırdı. Mən çox sərxoş idim. Nə edəcəyimi bilmirdim”, - deyib.
Maraqlı daha bir fakt. Bütün dünyada homoseksuallar özlərinə “mavi” dedikləri halda Zeki Müren özünə və cinsi orqanına zarafatla “çəhrayı” adını veribmiş. Bunu onun yaxın ətrafında olan hər kəs bilirmiş.