Gərgin konsert marafonu keçirən türkiyəli müğənni Yıldız Tilbe yenə maraqlı hərəkəti ilə diqqət çəkib.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə Çeşmədə verdiyi konsert zamanı istidən dar, uzun paltarında rahat hərəkət edə bilməyən müğənni köməkçisinə zəng edərək onu səhnəyə çağırıb və libasının ətəyini öncə yırtıb, sonra kəsdirib. Onun bu hərəkəti gülüş və alıqşlarla qarşılanıb.
Səhnədəki səmimiyyəti ilə izləyicilərinin sevgisini qazanmış Yıldız bundan öncə səhnədə parikini çıxarması, ayaqyalın rəqs etməsi ilə də yadda qalmışdı.