Zorik həmkarlarına söz atdı: "Savadsızlar..."
21 yanvar 2016 15:13 (UTC +04:00)

Zorik həmkarlarına söz atdı: "Savadsızlar..."

Rejissor Zorik (Zöhrab Ağayev) şou-biznesdə klip çəkən həmkarlarına söz atıb. Lent.az-a açıqlama verən rejissor deyib ki, Kənan M.M və Aqil M.Quliyevdan başqa digər həmkarlarının işini bəyənmir: "Bir müddət şou-biznesdən kənara çəkildim. Həmin vaxt müşahidə etdim ki, bu sahədə vəziyyət çox acınacaqlıdır. Hər yoldan keçən klip çəkən olub. Və ən gülməlisi odur ki, hazırda çəkilən kliplər dəniz qırağında, ya da mebel salonlarında çəkilir. Bu isə rejissorlarımızın savadsız olmasından irəli gəlir. Bu sənətin məktəbini mənimsəyən Kənan M.M, Aqil M.Quliyev kimi həmkarlarım çox azdır. Savadsız rejissorlar elə bilirlər ki, elə kameranı əlinə götürdün vəssalam. Xeyr! Biz illərimizi qurban verib, bu sənəti dərindən öyrənmişik. Ona görə də bu gün seçilirik və bu “alaq otu” sayılan yeni çıxmış rejissorlardan yerlə göy qədər fərqlənirik. Bu il çəkdiyim kliplərin çoxunu xarici ölkələrdə çəkməyi nəzərdə tutmuşam. Artıq bir neçə təkliflər var. Yenidən gündəmi ələ almaq qərarındayam".

 

Zorik onu da əlavə edib ki, müğənni Nazəninə və Sevinc Ağaşirinovaya klip çəkib. Həmin klipləri yaxın günlərdə mediaya təqdim edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 288
avatar

Oxşar yazılar