Yataq xəstəsi olan azərbaycanlı aşıq əməliyyat olunacaq
29 mart 2017 14:50 (UTC +04:00)

Yataq xəstəsi olan azərbaycanlı aşıq əməliyyat olunacaq

 

Bu gün Aşıq Azər Xanlaroğlu əməliyyat olunacaq. Lent.az aznews.az-a istinadən bildirir ki, bu barədə aşığın yaxınları məlumat verib. Onların sözlərinə görə, əməliyyat Türkiyənin İstanbul şəhərinin özəl xəstəxanalarının birində baş tutacaq:

"Əməliyyat sol ayağında aparılacaq. Bu, damarların varikoz genişlənməsidir, el arasında "fil" xəstəliyi deyirlər. Azər xəstəliyin ən ağır formasını yaşayır. Həkimlər əməliyyatdan sonra onun Türkiyədə iki ay nəzarət altında qalacağını deyib. Əməliyyatın ilkin xərci 15.000 dollardır. Yəqin ki, əməliyyatdan sonra daha çox maliyyə vəsaiti tələb olunacaq".

 

Qeyd edək ki, Azər Xanlaroğlu uzun zamandır ki, "hepatit C" virusundan və damar genişlənməsindən əziyyət çəkir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 292
avatar

Oxşar yazılar