Teleaparıcı Xoşqədəm Hidayətqızı reklam çəkilişin reklam çəklişi üçün 30 min AZN qonorar tələb edib.
Lent.az-ın “qafqazinfo”ya istinadən məlumatına görə, bu barədə aparıcı “Bizə danış” verilişində açıqlama verib.
X. Hidayətqızı şirkətin onu başqa məşhura dəyişdiyini söyləyib: “Reklam çəkilişi üçün mənə müraciət ediblər. Onlara dedim ki. 30 min manat ödəniş edin. Daha sonra müqavilə bağlayın, vergi pulunu ödəyin. Mənə cavab verdilər ki, filankəs müğənni 5 min manata çəkilib. Mən isə söylədim ki, onun qiyməti belədir. Mənim isə qiymətim budur”.