<span style="color:red;">Xoşqədəm:  "Doğuş istəyir övladımız olsun"
06 aprel 2015 12:44 (UTC +04:00)

Xoşqədəm: "Doğuş istəyir övladımız olsun"

Aparıcı Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşla ailə qurmasından danışıb. Lent.az-ın məlumatına görə, X.Hidayətqızı “A-dan Z-yə” verilişinə  Doğuşla tanışlıqlarından söz açıb:

 

“Tədbirdə tanış olduq. Əvvəl dost idik, sonra evlilik təklifində bir az süründürdüm. Bir müddət sonra “hə” dedim. Qısqancam, amma Doğuşu qısqanmıram. Onun elə bir hərəkəti yoxdur ki, qısqanım. Heç vaxtda qısqanmaram. Bilirəm ki, o, yüzlərlə insanın içərsində olsa da, yalnız məni görür, məni sevir. Mənim uşaqlıqdan arzum budur ki, rayondakı evimiz kimi həyət evimiz olsun ,orda samavar çayı qoyum, həyət işləri görüm. Doğuşun da belə arzusu olub. Eşitdiyimə görə, hələ də çoxlu suallar verirlər ki, onlar birlikdə yaşayırlar? Şoka düşürəm ki, bu qədər hadisələrdən sonra hələ də inanmayanlar var. Bir yerdəyik və bir-birimizə söz vermişik hər zaman bir yerdə olacağıq”. 

 

Aparıcı Doğuşun övlad sevgisindən də danışıb: “Doğuş söyləyir ki, hər zaman uşağı olmasından qorxub. Narahat olub ki, övladı  onun yaşadığı əzabları yaşayar, uşaq evində böyüyər, kimsəsiz qalar. Mənimlə evlənəndən sonra istəyir ki, bizim övladımız olsun. Deyir, bilirəm ki, o olmasa da, mən övladımıza sahib çıxacam. Əsl ana olacam”.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 296
avatar

Oxşar yazılar