Rejissor Aleksey Uçitel “Tsoy” adlı yeni filminin çəkilişlərinə 2018-ci ilin yayında başlamağı planlaşdırır. O bildirib ki, filmdəki hadisələr 1990-cı ilin iyul-avqust aylarında baş verir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Aleksey Uçitel Viktor Tsoy haqqında çəkilən iki – “Rok” və “Sonuncu qəhrəman” filmlərinin də yaradıcısıdır.
Filmin ssenari müəllifi Aleksandr Qonorovskidir. Əsərdə Viktor Tsoyu canlandıran aktyor olmadığı üçün onun “Rok” sənədli filminə çəkilmiş kadrları bu lentdə də istifadə olunacaq.
Filmin 2019-cu ildə satışa çıxarılması nəzərdə tutulur.