Bir zamanlar “uşaq üzlü gözəl” sayılan amerikalı aktrisa Bruk Şilds verilişlərdən birində maraqlı açıqlamalar edib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Bruk ABŞ prezidenti Donald Trampın ona evlilik təklifi etdiyini söyləyib. 52 yaşlı aktrisa 1990-cı illərin sonunda baş verən hadisəni belə nəql edib:
“Film çəkilişində idim. Donald ikinci arvadından boşanar-boşanmaz mənə zəng etdi və dedi: “Biz birlikdə olmalıyıq. Çünki sən Amerikanın ən sevimli ulduzusan, mənsə, ən zəngin adamı. İnsanlar bu münasibətə həsəd aparacaqlar”.
Şilds Trampın təklifini rədd etdiyini və ona sevgilisinin olduğunu bildirib.