Türkiyəli müğənni Dəniz Sekinin azadlığa çıxacağı gün dəqiqləşib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ifaçı iyunun 5-də saat 09:00-da Bakırköy həbsxanasından evə buraxılacaq.
Qeyd edək ki, D.Seki 2009-cu il fevralın 2-də "narkotik maddə ilə təmin etmək" ittihamı ilə həbs olunub və oktyabrın 24-dəki ilk məhkəməsinə kimi həbsdə yatıb. Daha sonra azadlığa buraxılsa da, "Kokain satmaq, almaq və istifadə etmək", "Başqalarını narkotik maddə ilə təmin etmək" ittihamları ilə yenidən haqqında cinayət işi açılıb. Məhkəmə 6 il 3 ay həbs cəzası qərarı çıxardıqdan sonra D.Seki bir müddət ortalıqdan itmiş, 2014-cü ilin noyabrın 6-da gizləndiyi evdə həbs olunmuşdu.

Tanınmış müğənninin azadlığa çıxacağı gün bilindi
Oxşar yazılar

Maykl Ceksonun qızı nişanlısından ayrıldı
1 avqust 2025 , 16:54
"5 il ağır depressiyadan sonra özümü dəyişdim" - Samirə Əliməryəm
1 avqust 2025 , 13:33
Məşhur aktyor dəlixanada - Şizofreniya diaqnozu qoyuldu
1 avqust 2025 , 11:48
63 yaşlı Tom Kruz özündən 26 yaş kiçik aktrisa ilə sevişdiyini TƏSDİQLƏDİ
31 iyul 2025 , 18:04
Süni intellekt İlhamə Quliyevanı belə canlandırdı - VİDEO
31 iyul 2025 , 16:04
Məşhur aktrisa Elşən Orucovla səmimi görüntüsünü paylaşdı - VİDEO
30 iyul 2025 , 14:33
Süni intellekt Azər Baxşəliyevi canlandırdı - VİDEO
30 iyul 2025 , 11:45