Rusiyanın məşhur qrupu "İvanuşki International"ın keçmiş solisti Oleq Yakovlev vəfat edib. Lent.az-ın rus mediasına istinadən verdiyi məlumata görə, bu barədə məşhurun xanımı Aleksandra Kuçevol sosial şəbəkədə yazıb:
"Həyatımın əsas kişisi, mənim mələyim, mənim xoşbəxtliyim. İndi mən neyniyəcəyəm sənsiz?"
48 yaşında dünyasını dəyişən müğənni bir müddət əvvəl ağır sətəlcəmdən xəstəxanaya yerləşdirilmişdi. O, son günləri süni tənəffüs aparatına qoşularaq yaşayıb.
Tanınmış müğənni vəfat etdi
0
0
0
0