Martın 13-15-də IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri “Domestic Grassroots” proqramı çərçivəsində gənc atletlər və həvəskar gənclərə cüdo, güləş və futbol üzrə master-klass keçəcəklər. Bu barədə məlumatı apasport.az saytına Bakı-2017-dən veriblər.
Belə ki, martın 13-də Olimpiya mükafatçılarımız Rüstəm Orucovla Elmar Qasımov cüdosevərləri başlarına toplayacaqlar. Master-klass “Neftçi” təlim-məşq bazasında olacaq.
Güləş üzrə master-klass isə bir gün sonraya təsadüf edəcək. Hacı Əliyev Olimpiya Güləş Mərkəzində gənclər önünə çıxacaq.
Martın 15-də isə Azərbaycan millisinin və "Neftçi"nin şərəfini qoruyan Ruslan Abışov marter-klass keçəcək. O, futbolsevərləri Bayıl arenada gözləyəcək.
Qeyd edək ki, master-klassda yarışın feysbuk səhifəsində müsabiqədə qalib gələnlər iştirak edəcəklər.