Ötən gün Türkiyədən Moskvaya gedən müğənni Rəqsanənin səfəri uzun olmayacaq. İyulun 25-də o, yenidən Türkiyəyə qayıdacaq. Lent. az-ın məlumatına görə, müğənni burda klip çəkilişinə başlayacaq. Klipi tanınmış rejissor Murad Küçük çəkəcək.
R. İsmayılova Türkiyədə başladığı sənət karyerasının uğurla davam etməsi üçün hər bir detala diqqətlə yanaşdığını bildirib.
Qeyd edək ki, müğənni Bakıya avqustda qayıdacağını deyib. Sənətçi Ramazan ayında xeyriyyə tədbiri keçirmək niyyətindədir. Qızı Aysunun moda sərgisində də iştirak etməyi planlaşdırır.