Qətlə yetirilən tanınmış aktyor bu gün dəfn ediləcək
29 avqust 2017 07:27 (UTC +04:00)

Qətlə yetirilən tanınmış aktyor bu gün dəfn ediləcək

İstanbulda oteldə meyiti tapılan məşhur aparıcı-aktyor Vatan Şaşmaz və keçmiş model Filiz Akerin nəşləri ailələrinə təhvil verilib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, meyitlər məhkəmə-tibb ekspertizasında müayinə edilib. Daha sonra mərhumların yaxınları cənazələri təhvil alıblar.

 

Vatan Şaşmazın avqustun 29-da dəfn ediləcəyi gözlənilir.

 

İstabul polisi Vatan Şaşmaz və Filiz Akerin ölümü ilə bağlı araşdırmaları davam etdirir. Otelin təhlükəsizlik kamerasının görüntülərinə baxış keçirilib, hadisənin baş verdiyi otaqda üçüncü şəxsin olmadığı təsdiqlənib. İlkin ehtimala görə, Filiz Aker otaqdan çıxmaq istəyən Vatan Şaşmazı arxadan güllələyib, daha sonra isə intihar edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 250
avatar

Oxşar yazılar