Polis tanınmış müğənnini cərimələdi
10 fevral 2017 06:51 (UTC +04:00)

Polis tanınmış müğənnini cərimələdi

Müğənni Yıldız Tilbe 206 türk lirəsi (təxminən 101 AZN) məbləğində cərimələnib.

 

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb sənətçinin sürücülük vəsiqəsi yanında olmadan avtomobil idarə etməsidir.

 

Daha sonra jurnalistlərin suallarını cavablandıran ifaçı "Sevgililər Günü'"ndə tək olacağını bildirib:

 

"Mənim həyat yoldaşım mənim işimdir. Mənim üçün ən böyük hədiyyə sevənlərimin alqışıdır. Mən sadəcə işimə aşiqəm".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 293

Oxşar yazılar