Hədəf İntiqam və Ehtiram qardaşlarıdır
01 aprel 2015 15:45 (UTC +04:00)

Hədəf İntiqam və Ehtiram qardaşlarıdır

Bu gün “Space” telekanalında aparıcı Xəyalə Quliyevanın təqdimatında yayımlanan “Gülə gülə” verilişində maraqlı anlar yaşanacaq. Lent.az-ın məlumatına görə, hər həftənin 3-cü günü, saat 21:30-da yayımlanan proqram zamanı tanınmışlara məzəli suallar veriləcək. Bu dəfə hədəf tanınmış meyxanaçılar Ehtiram-İntiqam qardaşlarıdır.

 

Onu da əlavə edək ki, layihədə sadə vətəndaşlarla məzəli zarafatlar edilir. Bütün yaşananlar gizli kameralarla lentə alınır. 

 

Xatırladaq ki, verilişin ideya müəllifi və aparıcısı Xəyalə Quliyeva, rejissoru, layihə rəhbəri Ramiz Alışovdur.

 

Verilişin informasiya tərəfdaşı Lent.az-dır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 411

Oxşar yazılar