Nilufər hava limanında nələrdən danışdı? - MÜSAHİBƏ
Türkiyənin tanınmış müğənnilərindən Nilufər artıq bir neçə saat olar ki, paytaxtımıza gəlib. Lent.az xəbər verir ki, məşhur müğənnin Bakıya gəlişində məqsəd iyunu 1-də Qəbələdə otellərin birində konsert verməkdir.
Lent.az-ın məlumatına görə, Bakıda elə hava limanındaca müğənni media mənsublarının sualların cavablandırıb:
-Nilufər xanım, bildiyimiz kimi Qəbələdə verəcəyiniz konsert üçün paytaxtımızın qonağısınız...
-Qəbələnin çox gözəl yer olduğunu söyləyirlər. Bakıya gəlmədən öncə internetə daxil olub, Qəbələ barədə məlumatlar əldə etmişəm.
-Bakıya neçənci səfərinizdir?
-Bir dəfə paytaxtınızda konsertim olub. Ümumilikdə, götürsək Azərbaycana ikinci səfərimdir.
-Azərbaycandan hər hansı bir sənətçini tanıyırsınızmı?
- Mən indi hər hansı bir müğənnin adını deyə bilmərəm. Çünki mən sizin lap keçmişdə olan müğənnilərinizi tanıyıram. Çoxu bəlkə də həyatda yoxdur. Dünyalarını dəyişiblər. Ona görə də ad çəkməyim.
-Konsertinizdə sizinlə eyni səhnəni hər hansı bir azərbaycanlı müğənni paylaşacaqmı?
-Hə. Olacaq. Amma o müğənninin adını yadımdan çıxartmışam.
-Biz bildiyimiz qədəri ilə əməkdar artist Manana da sizinlə eyni səhnəni paylaşacaq.
- Bəli. Adı indi yadıma düşdü. Mənimlə eyni səhnəni paylaşacağını eşidəndə, internetdə axtarıb baxdım.
-Bəs, Azərbaycan musiqisini dinləyirsinizmi?
-Bəli. Əllbəttədəki mən Azərbaycan musiqisinə heyranam. Sizin mahnılarınızı çox bəyənirəm.
-Bilirik ki, bu gün sizin doğum gününüzdür. Qeyd etdinizmi?
-Hə. Dostlarım sağ olsunlar kiçik bir ad günü keçirtdik. Balaca bir tortda kəsdik. Mən də buna görə çox məmnun oldum.
-Bakıya kiminlə gəldiniz?
Yox. Tək deyiləm. Qızım Ayişə Nazlı və 11 nəfərlik orkestramla gəlmişəm. Həftə sonu olduğu üçün qızımı da Bakıya gətirməyi qərara aldım.
Fotolar müəllifindir