Pop diva Madonna yeni qalmaqala start verib.
Lent.az-ın "axşam.az"a istinadən xəbərinə görə, o, İnstaqram hesabında açıq-saçıq fotosunu paylaşaraq sosial şəbəkədəki senzuraya qarşı çıxıb. Özünün illər əvvəl çap olunmuş "Seks" kitabından olan həmin fotoda Madonnanın sinəsi qara zolaqla örtülü olub.
İnstaqramın uşaq əmizdirilməsi və ya döş xərçənginə aid fotoları da hətta qəbul etməməsinə etriaz edən ifaçı belə yazıb:
"Nəyə görə lüt arxa fotosu qəbul olunur, sinə yox?".
Bir müddət sonra sənətçinin paylaşımı silinsə də, o, diqqəti bu mövzuya çəkərək geniş müzakirə başladıb.