İTV-nin iki aparıcısı  işdən çıxıb?
11 iyul 2013 11:52 (UTC +04:00)

İTV-nin iki aparıcısı işdən çıxıb?

İctimai Televiziyanın Musiqili, bədii və əyləncəli verilişlər departamentinin əməkdaşı Leyla Əliyeva və Hüsniyyə Məhərrəmovanın işdən getmələri barədə xəbərlər yayılıb. Lent. az-ın məlumatına görə, guya onlar ATV kanalında çalışmağa qərar veriblər.

 

 

Xəbəri dəqiqləşdirmək üçün aparıcı Hüsniyyə Məhərrəmova ilə əlaqə saxladıq. O, Lent. az-a  xəbərin həqiqətə uyğun olmadığını söylədi: “ 2-3 aydır ki, bu söhbətlər gedir. Yalandan başqa bir şey deyil.  İTV-də işlərim qaydasındadır. Artıq 8 ildir, bu kanalda işləyirəm. Bu illər ərzində digər kanallardan hər zaman təklif almışam. Amma burdan getmək istəməmişəm. Pis olsa, gedərdim”.

 

Qeyd edək ki, Leyla Əliyeva ilə əlaqə saxlamağa cəhdimiz baş tutmadı, o, telefonunu açmadı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4955
avatar

Yalçın UĞUR

Oxşar yazılar