Müğənni İradə İbrahimova dodaqlarını slikon etməsi xəbərinə münasibət bildirib. İ. İbrahimova Lent.az-a açıqlamasında deyib ki, virtual dostlarından biri onun 2009-ci ildə çəkilən “Nigaranam, gəl” klipindəki şəkilini fotomontajla dolduraraq səhifəsinə yerləşdirib. Müğənnin buna cavabı gecikməyib: “Dodaq slikonu yeni dəbə düşəndə mənə təklif olundu. Amma istəmədim. İndi də istəmirəm. Allah necə yaradıbsa, elə də qalacaq. Sadəcə həmin şəkli dostlarımla paylaşıb, fikirlərini bilmək istədim. Fotomantajı bu qədər şişirtməyə ehtiyac yoxdur”.