Sənətçilərdən kimin övladı 1-ci sinfə getdi?
15 sentyabr 2015 10:41 (UTC +04:00)

Sənətçilərdən kimin övladı 1-ci sinfə getdi?

Bu gün Azərbaycanda Bilik Günüdür. Lent.az-ın məlumatına görə, Azərbaycan şou-biznesinin bir neçə tanınmış simaları da övladlarını orta məktəbə yola salıblar. Həmin məşhurları təqdim edirik.

 

Müğənni Miri Yusif sosial şəbəkədə xanımı və oğlu ilə birgə şəklini paylaşaraq bildirib ki, oğlunu bu il 23 nömrəli məktəbin 1-ci sinfinə yola salır: “Oğlum  Hüseyn 1-ci sinfə getdi”.

 

Müğənni Elnarə Xəlilovanın oğlu da bu il 1-ci sinfə gedir: “Mənim ümidim, köməyim oğlum. Arxam, dayağım, dirəyim oğul, 1-ci sinfə getməyin münasibətilə səni ürəkdən təbrik edirəm! O gün olsun, ali məktəbə daxil olasan”.

 

Müğənni Rəqsanə İsmayılova da təəssüratlarını bölüşüb: “Mənim gözəlim Yağmur qızım bu il 1-ci sinfə gedir. Bu il məktəbə gedən bütün balaları təbrik edirəm. Uşaqlığım yadıma düşdü. Yağmurum mənim, Allah səni bütün arzularına çatdırsın. İlk bilik gününü təbrik edirəm”.

 

Müğənni Röya Ayxan da oğlunu 1-ci sinfə yola salıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 296

Oxşar yazılar