Müğənni Castin Biber məhkəməyə çağrılıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, onu məhkəməyə verən 8 ay bundan qabaq təsadüfən rastlaşdığı şəxsdir.
Zərəçəkmiş bildirib ki, Castin iyun ayında konsertə gedərkən ona yaxınlaşıb və eynəyini gözündən çıxarıb. Bu zaman həmin şəxs Biberə sillə vurub və araya ifaçının cangüdənləri girib.
Zərərçəkmiş cangüdənlərin onu möhkəm döydüyünü və bu səbəbdən uzun müddət xəstəxanada qaldığını deyib. O, xəstəxanada olarkən Castindən kompensasiya istəsə də, amma Biber “Mən bu oyunda oynamıram” deyib və pul verməkdən imtina edib.