Müğənni Britni Spirs yenidən ailə qurmağa hazırlaşır.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 35 yaşlı pop ifaçısı 23 yaşlı fitnes məşqçisi Sem Asgari ilə münasibətlərini rəsmiləşdirmək qərarına gəlib.
Cütlüyə yaxın mənbə bildirib ki, bu addımı atmaq qərarı Semin yox, məhz Britninin qərarıdır. Belə ki, müğənni artıq nişan üzüklərinə də baxıb.
Qeyd edək ki. cütlük Britninin "Slumber party" klipinin çəkilişlərinə tanış olublar. Ötən ilin dekabrında isə onların sevgili olduğu üzə çıxıb.