Briliant: “Aygün Natavana təpik atıb, Röyaya bakal tullayan adamdı”-QALMAQAL
09 may 2013 22:01 (UTC +04:00)

Briliant: “Aygün Natavana təpik atıb, Röyaya bakal tullayan adamdı”-QALMAQAL

Xalq artist Brilliant Dadaşova şou biznesdə növbəti qalmaqala müəlliflik edir.

 

Lent.az-ın məlumatına görə, xalq artisti öz “facebook” profilindəki statusunu özünə yönəlik ittihamları cavablandırmaqla başlayıb: “Mənə deyirlər ki, Türkiyədə heç nəyə nail olmamışam. İnternetdə yerləşdirdikləri videoda mən nələrə nail olduğumu deyirəm. Orada Türkiyənin YUNESKO-dakı xoşməramlı səfiri, millət vəkili, bəstəkar Zülfü Livaneli tərəfindən onun musiqisini ifa etmək üçün Ankara və İstanbuldakı stadion konsertlərinə dəvət aldığım bildirilir. Həmin vaxt Aygün məni verilişdə əvəz edib. Buna görə də mədəniyyətimə uyğun olaraq, ona təşəkkürümü bildirmişəm.

Bu dəfə də mədəniyyətimə uyğun addım ataraq, saymamazlıq etməmək üçün jurnalistlərin “Kral” TV ilə əlaqədar suallarına öz “Facebook” səhifəmdə cavab verdim. Bildirdim ki, onun mükafata layiq görülməməsinə məyus oldum. Gördüyünüz kimi, bu söhbət nəyin bahasına olursa-olsun gündəmdə qalmaq istəyənlərin “kislarod”una çevrildi”.

 

B. Dadaşova Aygün Kazımovanın verilişinin “aşağı reytinqli” olduğunu bildirib: “ Aygünün istəyinə görə, mən həmin ərəfədə “Space” rəhbərliyindən xahis etdim ki, verilişi ona versinlər. Çünki vaxtım yox idi. Etibar Babayev razı olmadı. Dedi ki, əgər o, burada proqram aparsa, gərək sponsoru olsun. Sponsorsuz məndən başqa heç kimə icazə verə bilməyəcəyini demişdi. Mən verilişi bağladıqdan sonra onun sponsorlu proqramı başladı. Amma heyif ki, mənim verilişim kimi 5 il yox, yalnız iki ay davam etdi. Reytinq 0,2 göstərdi. O vaxt da məyus olmuşdum, amma yaxşı ki, “facebook” yox idi, yazmamışdım”.

 

Bütün bunları yazandan sonra B. Dadaşova A. Kazımovanın digər həmkarlarına qarşı etdiklərini də xatırlatmağı unutmayıb:  “Natavan Həbibiyə yarışmada uduzduqdan sonra təpik atan, Röyaya bakal tullayan, indi səs-səsə verdiyi kişi müğənnisinə görə televiziyaya xoruz gətirib qaqqıldadan, ağzından çıxanı deyib sonra qucaqlaşıb öpüşən müğənniylə qalmaqal ləmək mənim işim deyil”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4748
avatar

Oxşar yazılar