Betmen rolunu oynayacaq yeni aktyor tapıldı
02 iyun 2019 15:38 (UTC +04:00)

Betmen rolunu oynayacaq yeni aktyor tapıldı

"Warner Brothers” studiyası britaniyalı aktyor Robert Pattinsonla Betmen rolunda çəkilməklə bağlı danışıqlara başlayıb.
 
Bu barədə "The Hollywood Reporter” jurnalı xəbər verir.
 
Personajın hüquqlarının sahibləriPattinson və digər britaniyalı aktyor Nikolas Holt arasında seçim edirdilər. "The Hollywood Reporter”-in məlumatına əsasən, nəhayət, seçim Pattinsonun üzərinə düşdü.
 
Qeyd edək ki, "Betmen” filmi 2021-ci ilin iyunun 25-də işıq üzü görəcək. Öncə filmin rejissoru və biznesmen Brüs Veyn (Betmen maskası altında gizlənir) rolunun ifaçısı Ben Afflek olmalı idi. Lakin 2017-ci ildə o, işdən imtina etdiyi üçün filmin rejissorluğu Mett Rivzə həvalə edildi.
 
Xatırladaq ki, Pattinson böyük ekrana ilk dəfə "Harri Potter və alov piyaləsi” filmindəki Sedrik Diqqori rolu ilə gəlib. Daha sonra isə o, "Alatoranlıq”filmindəki vampir Edvard Kallen rolu ilə dünya şöhrətini qazanıb.
 
(oxu.az)
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 809
avatar

Oxşar yazılar