Müğənni Aysel Əlizadənin yeni sevgilisinin kimliyi bəlli olub. Lent.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, həmin şəxs Bakıdakı məşhur avtoqalereyalardan birinin sahibi olan Elçin adlı şəxsdir. O, Aysel Əlizadəyə son model "Porsche” almaqla yanaşı, ona xüsusi məna kəsb edən dövlət nömrə nişanı da hədiyyə edib. “90 EA 333” nömrəsində cütlüyün adlarının baş hərfləri əks olunub.
12:27
Müğənni Aysel Əlizadə yeni eşq macərası ilə gündəmə gəlib.
Lent.az BakiPost.az-a istinadən xəbər verir ki, onun yeni sevgilisi ilə münasibətləri şou-biznes aləmində əsas müzakirə mövzusuna çevrilib. Məlumata görə, müğənni avtomobil alqı-satqısıyla məşğul olan, bu sahədə məşhur bir şəxslə münasibətdədir.
Həmin şəxsin müğənniyə son model "Porsche” avtomobili və digər bahalı hədiyyələr aldığı, ona görə evindən uzaqlaşdığı bildirilir. Həmin şəxs 45 yaşındadır, daha çox "Yetim” ləqəbi ilə tanınır.
A.Əlizadənin köməkçisi Ləman Tağıyeva açıqlamasında məlumatı təkzib edib.
Qeyd edək ki, müğənni bir müddət əvvəl maqazin verilişlərinin birində imkanlı bir şəxslə evlənmək istədiyini bildirmişdi.