Bir neçə gün əvvəl atasını öldürən türk aktyor Orxan Şimşək baş verənləri danışıb.
Lent.az-ın “axşam.az”a istinadən xəbərinə görə, o, illərdir atası ilə yola getmədiyini, atasının ona hər zaman xor baxdığını, qardaşına daha çox atalıq etdiyini bildirib:
"İki il əvvəl atamın İstanbuldakı evində qalanda dözə bilməyib üstünə bıçaq çəkdim. Özünü pəncərədən atdı. Həmişə şəxsi həyatıma qarışırdı, qardaşımı da mənə qarşı öyrədirdi. Məndən polisə şikayət etdi və bugünkü bipolyar pozuntuya (depressiv psixoloji xəstəliK) tutuldum. Məşhurluq imicimi zədələyirdi. Yenə “atamdır” deyib səsimi çıxartmadım, 25 gün xəstəxanada yatdım. Dindar deyildi, amma özünü ətrafa elə təqdim edirdi. Ona dedim ki, səni Adıyamana dinin doğru ibadət üsulunu göstərməyə aparacağam. O da qəbul etdi. Yolda sanki kimsə qulağıma "atanı öldür, sonra gəl" dedi. Bir tarlada dayandıq. Fürsət tapıb bıçağı boğazına dirədim. "Üzr istəyirəm, oğlum" deyincə fikrimdən daşınırdım, amma əlimi dişlədiyi üçün əsəbiləşdim".
Atasını dəfələrlə bıçaqlayan aktyor yaxınlıqdakı çayda dəstəmaz alıb, sonra isə polisə təslim olub.
İfadəsi zamanı O.Şimşəyin iki tələbi olub: edam olunmaq ya da tək hücrəlik kamerada yataraq müalicə almaq.