Rəqqasə Aytən ATV-nin "Səbəbkar" verilişində Aşıq Ədalətin onun barəsində dediyi sözlərə reaksiya verib. Lent.az-a açıqlama verən rəqqasə deyib ki, aşığın dedikləri ilə birbaşa tanış deyil: “Mən indi aşıq Namiqlə danışdım. O deyir ki, yaşlı aşıq (aşıq Ədaləti nəzərdə tutur) bizim barəmizdə pis söz deməyib. Amma yenə də əgər deyibsə, çox ayıb olsun. Namiqdə onun səs yazısı var. Əgər həmin səs yazısında söyüş işlədibsə, mən onu məhkəməyə verəcəyəm”.
Aşıq Namiq də məsələ ilə bağlı Lent.az-a açıqlama verib: “İndi aşıq Ədalətin özü ilə danışdım. O dedi ki, mən bu sözləri sənin ünvanına deməmişəm. ATV-dəki dostlar isə deyirlər ki, aşıq bu sözləri Aytənə ünvanlayıb. Bunu dəqiqləşdirmək üçün aşığın özü ilə görüşə gedirəm”.
***
16:26
Aşıq Ədalət televiziya efirində nalayiq ifadələr səsləndirib.
Lent.az-ın xəbərinə görə, ATV telekanalında yayımlanan “Səbəbkar” verilişinin növbəti sayı aşıqlara, aşıq musiqisinə münasibətə və problemlərə həsr olunub.
Verilişdə qonaqlara aşıq Namiqin saz havasına rəqqasə Aytəni oynatması ilə bağlı görüntülər izlədilib.
Sazla oriental oynadılmasına əsəbləri tab gətirməyən Aşıq Ədalət isə efirdə küçə sözləri ilə həmkarını və rəqqasəni təhqir edib.
Video görüntülərdən izlənildiyi qədər digər qonaqlar da bu davranışı gülüşlə qarşılayıblar.