Türkdilli ölkələrin müasir estrada musiqisi yarışması “Turkvision” bu il Qazaxıstanda keçiriləcək.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin mədəniyyət və incəsənət işləri üzrə direktoru Almaz Nurazxan deyib.
Onun sözlərinə əsasən, bu məsələ artıq razılaşdırılıb.
Qeyd edək ki, “Turkvision” yarışması ilk dəfə 2013-cü ildə Türkiyədə, Əskişəhərdə keçirilib. Burada həm türkdilli ölkələrin nümayəndələri, həm də türk əsilli ifaçısı olan digər ölkə və regionlar iştirak edə bilər.