Türkiyənin TV8 telekanalından yayımlanan və Azərbaycanlı müğənnilərin də iştirak etdiyi "O səs Türkiyə" yarışması başa çatıb. Lent.az xəbər verir ki, bu mövsüm ilk dəfə olaraq Hadisənin komandasının üzvü qalib ola bilib. Yekun səsverməyə görə Dodan birinciliyi əldə edib.
Qeyd edək ki, builki yarışmada azərbaycanlı iştirakçılar qalmaqallı şəkildə yarışdan uzaqlaşdırılmışdı.