Bir çox filmlərdə yaratdığı obrazları ilə tanınan azərbaycanlı aktrisa Xalidə Quliyeva kamera önünə keçib. Lent.az-ın məlumatına görə, daha çox "Nəsimi" filmində Fatimə obrazı ilə tanınan Xalidə xanım illər sonra "Ondan sonra" verilişində danışıb: "Nəsimi filminə qədər bir çox filmlərə çəkilmişəm. Həsən Seyidbəyli məni "Flaminqo və qızıl qaz" filmində görüb "Nəsimi"yə dəvət etdi. Ssenarini mənə verdi ki, oxu, hansı obrazı istəyirsən seç. Fatimə çətin rol idi. Onu seçdim və seçimim ürəyincə oldu. Film isti havada çəkilib. Əynimizdə yun geyimlər var idi. Rejissor qıymadı uzun saçlarımı kəsdirməyə. İstəyirəm ki, məni sevənlər görsün ki, mən bu gün varam".