![[b]Rusiyada azərbaycanlı musiqiçi saxlanıldı [/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Rusiyada azərbaycanlı musiqiçi saxlanıldı [/b]
Sank-Peterburqda yaşayan azərbaycanlı musiqiçi Ruslan Danilevski polis tərəfindən saxlanılıb.
“Qafqazinfo” “Rosbalt”a istinadən xəbər verir ki, bu barədə musiqiçinin dostu Elena Genova məlumat verib.
Onun sözlərinə görə, səhər 06:00 radələrində Danilevski çöldə olarkən polis əməkdaşları ona yaxınlaşıb və sənədlərini təqdim etməsini istəyiblər. Lakin, Ruslanın sənədləri olmadığı üçün o, polis bölməsinə aparılıb.
Danilevskinin Azərbaycana deportasiya ediləcəyi bildirilir.
Məlumata görə, o, uşaq yaşlarında anası ilə birlikdə Rusiyaya köçüb və geridə qalan illər ərzində ona sənəd düzəldilməyib. Danilevskinin bu yaxınlarda pasport almaq üçün səfirliyə müraciət etdiyi və sənədlərin hazırlanma mərhələsində olduğu məlum olub.
Qeyd edək ki, musiqiçinin cümə günü planlaşdırılan konserti təxirə salınıb.
Oxşar yazılar

Rəqsanənin ərinə də cinayət işi açıldı, ölkədən çıxışına STOP QOYULDU
25 avqust 2025 , 16:46
Son 5 ilin ən yaxşı fransız filmləri - komediya, dram
25 avqust 2025 , 12:10
"Netflix"lə məşhurlaşan aktyorlar - TOP10
25 avqust 2025 , 10:49
Azərbaycanda bu müğənni də tələbə oldu
23 avqust 2025 , 16:59
Ebru Gündeşin əri SAXLANILDI
22 avqust 2025 , 18:02
Müğənnilər sosial media reketçiliyində: baş rolda Röya!
22 avqust 2025 , 16:23
Zara verdiyi kilolarla tamam fərqli insan oldu
22 avqust 2025 , 10:22