[b]Ən çox qazanan aktrisa kimdir?[/b]
16 avqust 2017 23:43 (UTC +04:00)

[b]Ən çox qazanan aktrisa kimdir?[/b]

0

"Forbes"un versiyasına əsasən, "La-la-lend" filmindəki roluna görə, "Oskar" mükafatı alan amerikalı aktrisa Emma Stoun 2017-ci ilin ən yüksək gəlirli aktrisası seçilib.

 

Lent.az-ın “trend”ə istinadən məlumatına görə, Emma Stoun son 12 ay ərzində 26 milyon dollaq gəlir qazanıb.

 

Reytinqdə 2-ci yerdə "Dostlar" teleserialının ulduzu amerikalı aktrisa Cenifer Eniston qərarlaşıb. Onun son 12 ay üçün əldə etdiyi gəlir 25,5 milyon dollar təşkil edir.

 

3-cü pillədə "Ac oyunlar" filmində əsas rolda oynayan Cenifer Lourens qərarlaşıb və onun 12 aylıq gəliri 24 milyon dollar təşkil edib.

 

Dünyada ən çox qazanan aktrisaların 5-liyinə tanınmış aktrisa Melissa Makkarti (18 milyon dollar) və Mila Kunis də (15,5 milyon dollar) daxil olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 507

Oxşar yazılar