<b>Amaliya Pənahova mal-mülklərini reklam edən məşhurlara səsləndi</b>
06 iyul 2017 15:44 (UTC +04:00)

Amaliya Pənahova mal-mülklərini reklam edən məşhurlara səsləndi

Xalq artisti Amaliya Pənahova var-dövlətini sosial şəbəkədə nümayiş etdirən sənət adamlarını tənqid edib.

 

Lent.az-ın məlumatına görə, “Qonaq gəl bizə” verilişinə açıqlama verən xalq artisti bildirib ki, o, bu günə qədər heç bir mülkünü ekranda göstərməyib: "Nəyə lazımdır yediyimi, evimi paylaşmaq? Birinin evində yoxdur, gözdən qorxmursan? Getdiyim yeri paylaşıb, "like" gözləmək nəyə lazımdır? Təsəvvür edin, oruc tutanın yanında yemək yeyirsən. Bu, mənəviyyatsızlıqdır. Bu qədər köçkünü, evindən didərgin düşənlərin olduğu ölkədə imarətini göstərmək olmaz. Bəlkə indi dəbdədir, amma mən sevmirəm".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 239

Oxşar yazılar