3 dəfə nişanı qayıdan Günel özünə yeni sevgili tapdı?
24 iyul 2019 10:52 (UTC +04:00)

3 dəfə nişanı qayıdan Günel özünə yeni sevgili tapdı?

Türkiyədə yaşayan Azəri Günel Zeynalova sevgi etirafı edib. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədə status yazıb: "Köhnələr yaxşı bilir ki, böyük ağacların kölgəsi qayğı doludur. Ayrılıq ərəfəsində çox sevgililərin yolu düşür oradan. Kimi duasına qovuşmaq, kimi bitməsini istədiyi sevgisinin duasını edər. Mən də etdim, elə ürəkdən etdim ki, qəbulu mümkün oldu. Nə gözəldir bir ürəyin kölgəsinə sığına bilmək. Ağlamaq da yaraşır bu gözlərə, çünki gülümsəyə bilir. Ürəyimdə heç bir hissi əmanət yaşamadım ki, "məni incidənləri, qıranları sevmədim" deyə bilim. Sevdim, həm də çox sevdim. Saydım olduğu kimi, dəyişdirmədim.

Ürəyinizdə kölgələrə sığınabiləcəyiniz sevdikləriniz olsun. Çətin olsa da, daim olsun. Ağacların budaqları, rəngləri fərqli-fərqli, mənzərənin gözəlliyinə baxın. İnsanların da xarici görünüşünə baxın. Əslində hər kəsin qəlbinin dərinliyinə enib, baxmaq lazımdır. Bizi unuda bilən, bizsiz yaşayan ürəklərə salam olsun".

 

Qeyd edək ki, Günel 3 dəfə nişanlı olub, ayrılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5221
avatar

Oxşar yazılar