"Qohum deyil, eyni universitetdə, ayrı-ayrı fakültələrdə oxuyublar. Beş ildir bir-birilərini sevirlər, iki il olar ki, bilmişəm".
Lent.az xəbər verir ki, bu sözləri müğənni Xatun "Elgizlə izlə" verilişində qonaq olarkən deyib. O bildirib ki, oğlunu bu yaxınlarda evləndirməyə hazırlaşır:
"Çox gözəl bir ailədəndir və ailəmizə sevinc qatıb. Mən ona təşəkkür edirəm ki, oğlumu, sevgisini gözləyib. Savadlı, tərbiyəli biridir. Onun üstündə "qırğın" idi və biz aldıq. Həmişə istəyirdim ki, gəlinim savadlı olsun".
Daha sonra Xatunun "Oğlan üçün 25 yaş tez olsa da, qız üçün o yaş gecdir" deməsi aparıcının etirazına səbəb olub.
Ətraflı videoda: