Ulduz müğənninin itən qızı   tapıldı
04 oktyabr 2024 15:52 (UTC +04:00)

Ulduz müğənninin itən qızı tapıldı

Dünən Ukrayna əsilli Rusiya vətəndaşlığını qəbul etmiş müğənni Lyubov Uspenskayanın qızının itməsi barədə xəbər vermişdik.

Müğənni qızı Tatyana Plaksinanı terrorçuların qaçırmasından qorxaraq mediaya müraciət etmişdi.

Lent.az-ın xəbərinə görə, Tatyana tapılıb.

O, anasından xəbərsiz xarici ölkəyə gedib və bu barədə heç kimə məlumat verməyib. Müğənni qızını evə qaytarmaq üçün xarici hüquq-mühafizə orqanlarına müraciət edib.

Mash Telegram kanalı xəbər verir ki, müğənni Lyubov Uspenskayanın Tatyana Plaksina İranın kütləvi hücumundan bir neçə saat əvvəl gəldiyi İsraildə tapılıb.

Onun sözlərinə görə, Plaksina daha bir neçə gün Rusiyaya qayıda bilməyəcək, çünki Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə əlaqədar uçuşların sayı azalıb və aviabiletlərə tələbat artıb.

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 807
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar