Şəxsi həyatı ilə son vaxtların ən diqqət çəkən aktrisalarından biri olan Demet Özdemir bu dəfə ad günü partisi ilə gündəmə gəlib.
Lent.az xəbər verir ki, 31 yaşını xüsusi qeyd edən Özdemirin ad günü kombini sosial şəbəkələrdə müzakirələr səbəb olub.
Belə ki, aktrisanın geyimi bəyənilməyib. Onun paylaşımına bir çox izləyici mənfi rəylər yazıb.
Qeyd edək ki, aktrisa ad günü məclisində qara mini don və platforma ayaqqabı geyinib. Kombinini “oversize” gödəkcə ilə tamamlayıb.