Süni intellekt  Azər Baxşəliyevi canlandırdı - VİDEO
30 iyul 2025 11:45 (UTC +04:00)

Süni intellekt Azər Baxşəliyevi canlandırdı - VİDEO

Dostları mərhum aktyor Azər Baxşəliyevin süni intellekt vasitəsilə videosunu hazırlayıb.

Lent.az xəbər verir ki, ona həsr edilən "Sınıq pəncərə" mahnısı ilə hazırlanan videoda Azərin ağ geyimdə görüntüləri əks olunub. Videonu aktyor Ramil Babayev sosial şəbəkədə paylaşaraq bu sözləri yazıb:

"Bəziləri bu dünyadan gedəndə sadəcə yox olmur… Onlar yaddaşımıza iz, ürəyimizə yara qoyub gedirlər. Azər, sənin yoxluğunla barışmaq mümkün deyil, amma varlığının buraxdığı işıqla yaşamağa çalışırıq. Səninlə gülüşlərimizi, səmimiyyətini, saf qəlbini heç vaxt unutmayacağıq. Ruhun şad, məkanın cənnət olsun, əziz dost…".

Qeyd edək ki, Azər bu ilin yanvarında böyrək çatışmazlığından dünyasını dəyişib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1142

Oxşar yazılar