Smartfondan  imtina edən  dünya ulduzları: Onlarla əlaqə saxlamaq çətindir
25 avqust 2026 15:51 (UTC +04:00)

Smartfondan imtina edən dünya ulduzları: Onlarla əlaqə saxlamaq çətindir

0

Smartfonların gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi bir vaxtda bəzi dünya şöhrətli simalar bu cihazlardan istifadə etməməyi üstün tuturlar. Onlar arasında müğənnilər, aktyorlar və rejissorlar da var.

Lent.az xarici mediaya istinadən smartfondan istifadə etməyən məşhurları təqdim edir.

Dolli Parton

Məşhur amerikalı müğənni Dolli Partonla birbaşa telefon vasitəsilə əlaqə saxlamaq demək olar ki, mümkün deyil. Həmkarı Reba Makentayr bildirib ki, Partona göndərilən mesajlar hətta faks vasitəsilə onun komandasına çatdırılır və daha sonra müğənniyə təqdim olunur. Mayli Sayrus da xaç anası Dolli Partonla bu üsulla əlaqə saxladığını deyib.

Ed Şiran

Ed Şiranın da smartfonu yoxdur. Bununla belə, müğənni rəqəmsal dünyadan tamamilə uzaqlaşmayıb. O, müəyyən vaxtlarda iPad saatı ayıraraq dostları ilə "FaceTime" vasitəsilə əlaqə saxlayır.

Kristofer Uoken

Məşhur aktyor Kristofer Uoken smartfondan və sosial şəbəkələrdən istifadə etmir. O, elektron məktub belə göndərmədiyini açıqlayıb. Aktyor evində filmlərə əsasən DVD vasitəsilə baxdığını bildirib.

Kristofer Nolan

“Oppenheimer” və “Interstellar” filmlərinin rejissoru Kristofer Nolan smartfondan uzaq durmağa üstünlük verir. O, zaman-zaman sadə düyməli telefondan istifadə edir və internetdə çox az vaxt keçirir. Nolan bunu diqqətinin asanlıqla yayınması ilə izah edib. Rejissorun sözlərinə görə, insanların adətən sosial şəbəkələrdə vaxt keçirdiyi anlarda onun ağlına ən yaxşı ideyalar gəlir.

Elton Con

Elton Con hələ 2013-cü ildə mobil telefonsuz həyatı fantastik adlandırıb. Müğənni sosial şəbəkələrdən istifadə etməyib və onlayn həyata xüsusi maraq göstərməyib. Bununla belə, texnologiyadan tamamilə imtina etməyib. O, övladlarından uzaqda olduğu zaman iPad və Skype vasitəsilə onlarla əlaqə saxlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 32

Oxşar yazılar