Sinan Akçıl ailəsindən danışdı, hamı heyrətə düşdü
13 sentyabr 2023 11:45 (UTC +04:00)

Sinan Akçıl ailəsindən danışdı, hamı heyrətə düşdü

Türkiyənin məşhur pop müğənnisi Sinan Akçıl qatıldığı teleproqramda verdiyi açıqlama ilə tamaşaçıları heyrətləndirib.

 Lent.az-ın xəbərinə görə, müğənni sonradan tapdığı bacı-qardaşlarından bəhs edib.

“Bizim ailədə böyük bacım İdil və mən var idim. Sonra bir gün Seren Akçıl gəldi yanıma, dedi ki, mən sənin böyük bacınam. Atamın Almaniyada yaşadığı dövrlərdə münasibətdə olduğu qadından olan qızı idi. Bu şoku yeni atlatmışdıq ki, Seren Facebook vasitəsi ilə bir nəfərlə tanış etdi bizi. 50 yaşlarında bir kişiydi. Dedi o bizim ən böyük qardaşımızdır. Atamın oğlu idi. Bu hesabla 4 bacı-qardaş olduq. Atamla anam ayrıldı, atam 73 yaşında yenidən evləndi, süni mayalanma vasitəsilə bir də əkiz bacı-qardaşlarım doğuldu, olduq 6 nəfər”,- deyən Sinan ailəsi adından sonradan tapılan bacı-qardaşlarından da üzr istəyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3348
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar