Müğənni Şəbnəm Tovuzlu qayınanası ilə küsülüdür.
İfaçı Lent.az-a açıqlamasında “Qayınanası Şəbnəmdən razıdırmı” sualına bu cür cavab verib:
“Hələ ki heç nə deyə bilmərəm. İnşallah. razı olar. Arada bir az müəyyən şeylər oldu. Ona görə də tam əmin deyiləm ki, bir daha yenidən aramızdan mehribanlıq olacaq. Ailə içində olan söz-söhbətə görə ondan bir az küsmüşəm. Açıq danışıram. Aramızda əvvəlki mehribançılıq yoxdu”.
İfaçı “Ailənizə müdaxilələr olurmu" sualına isə bu cür cavab verib: “Ailəmə kənardan müdaxilələr çox olur. Həyat yoldaşımdan o zaman ayrılaram ki, məni kimlərinsə ayağına verər. Şükürlər olsun ki, hər şeyi öz tərəzisinə qoya biləcək insandır. Çox xoşbəxtəm ki, bu günə qədər məni heç kimin ayağına verməyib. Hər zaman sülhün tərəfdarıdır”.